Bayden və Zelenski arasında telefon danışığı olub

ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışıb.

“Report”un xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.

"Prezident (Bayden - red.) Prezident Zelenski ilə bir neçə dəqiqə əvvəl telefonla danışdı", - o, brifinqdə deyib. Ağ Evin mətbuat katibi söhbətin təfərrüatlarını daha sonra açıqlayacağını söz verib.

Jan-Pyer qeyd edib ki, Amerika lideri Zelenski ilə Los Ancelesdəki güclü yanğınlar səbəbilə ləğv etdiyi səfər, o cümlədən Romadakı uğursuz görüş səbəbilə danışıb.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45