Bağdadda partlayış nəticəsində azı 18 nəfər ölüb

Bakı. 13 noyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın cənub-qərbində baş verən partlayış nəticəsində azı 18 nəfər ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 40-dan çox insan yaralanıb.

Terror hadisəsi dəfn mərasimi zamanı törədilib. Partlayışı terrorçu-kamikadze həyata keçirib.

Digər xəbərlər

FIFA: UEFA İnfantinonu təqib edir 29 sentyabr, 2026 / 11:25