Bağdadda bir neçə partlayış baş verib, xəsarət alanlar var

Bakı. 11 oktyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Sputnik" agentliyi Bağdadın təhlükəsizlik qüvvələrinə istinadən xəbər yayıb.

Məlumata görə, 4 bombanın partlaması nəticəsində bir neçə nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Xəbər lenti