Avstriyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. 30 aprel. REPORT.AZ/ Avstriyada təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Krone Zeitung" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərbində, İnsbruk şəhərinin hava limanı yaxınlığında baş verib. Hadisə zamanı təyyarədə 2 nəfər olub. Onlar qəzada həlak olublar.

Ölənlərin isveçrəli olduqları güman edilir. Qəzanın səbəbi hələlik müəyyənləşdirilməyib.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45