Avstriya Kansleri İsrailə ilk rəsmi səfərini edəcək

Avstriya Kansleri Kristian Ştoker növbəti həftə İsrailə ikigünlük səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, K.Ştoker İsrailə bazar günü axşam yola düşəcək. Bazar ertəsi o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək, həmçinin Prezident İsxak Hersoqla danışıqlar aparacaq.

Kansler, həmçinin "Yad Vaşem" Holokost memorial kompleksini ziyarət edəcək.

K.Ştoker səfərinin ikinci günündə ikili İsrail və Avstriya vətəndaşlığına malik olan azad edilmiş girov Tal Şoxamla birgə ölkənin cənubunda yerləşən Nir-Oz kibbutzuna gedəcək.

Digər xəbərlər

İran ABŞ ilə dialoqa hazırdır 28 yanvar, 2026 / 18:46
Tramp: İrana verilən vaxt bitir 28 yanvar, 2026 / 16:44