Yeni Cənubi Uels ştatında yerləşən mədəndə baş vermiş partlayış nəticəsində bir kişi və bir qadın həlak olub.
"Report"un məlumatına görə, bu barədə ştat polisindən bildirilib.
"Bu səhər Far-Uest bölgəsindəki yeraltı mədəndə baş vermiş partlayış nəticəsində iki nəfər həyatını itirib", – deyə polis idarəsinin mətbuat xidməti açıqlama verib.
Qeyd olunub ki, xəsarət alanlardan biri şok vəziyyətində xəstəxanaya yerləşdirilib.
Hadisə yerində təcili yardım xidmətləri fəaliyyət göstərir.