Avropa İttifaqı Liviyaya maliyyə yardımı ayıracaq

Bakı. 9 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Liviya hökumətinə 100 milyon avro məbləğində maliyyə yardımı ayıracaq.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin təhlükəsizlik və xarici siyasi məsələlər üzrə komissarı Federika Mogerini bildirib.

Onun sözlərinə görə, yardım qərarı Liviyanın Ras-Lanuf şəhərində 70 nəfərin ölümü ilə nəticələnən son terror aktından sonra qəbul edilib.

Mogerini qeyd edib ki, təhlükəsizlik problemi Liviyanın qarşısında duran ən ciddi çağırışlardan biridir.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09