Argentinanın paytaxtı Buenos Ayresdə şəhərətrafı qatarın relsdən çıxması nəticəsində ən azı 19 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə Buenos Ayres Təcili Tibbi Yardım Sisteminin rəhbəri Alberto Kresenti məlumat verib.
Onun sözlərinə görə, 9 yaralı xəstəxanaya yerləşdirilib, 10 nəfərə isə yerindəcə tibbi yardım göstərilib: "Yaralıların heç biri ciddi xəsarət almayıb".
"Hadisənin başvermə səbəbləri müvafiq ekspertizalar aparıldıqdan sonra müəyyən ediləcək", - deyə "Trenes Argentinos" şirkətdən bildirilib.