Aralıq dənizində zəlzələ olub

Bakı. 12 yanvar. REPORT.AZ/ Aralıq dənizində Rixter şkalası üzrə 3,8 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:14-də qeydə alınıb. Zəlzələ ocağı Türkiyənin Antalya şəhərində, 44 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Antalyanın bir sıra ərazilərində hiss edilib. 

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10