Alyaskada 6,5 maqnitudalı zəlzələ olub

ABŞ-nin Alyaska ştatında 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 18:19-da (Bakı vaxtı ilə) qeydə alınmış yeraltı təkanların episentri Umnak adasında yerləşən Nikolski yaşayış məntəqəsindən 165 km qərbdə olub.

Zəlzələnin ocağı 111,7 km dərinlikdə yerləşib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12