Alyaska sahillərində 6,1 maqnitudalı zəlzələ olub

Alyaska sahillərində 6,1 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında bildirilib.

Zəlzələ Nikolskidən 86 kilometr cənub-qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 25,4 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45