Almaniyada sel nəticəsində 42 nəfər ölüb - YENİLƏNİB

Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 42 nəfər yüksəlib.

“Report” AFP-ə istinadən xəbər verir ki, bunu polis idarəsindən bildiriblər.

Bildirilib ki, onlarla şəxs itkin düşüb, 70 nəfər yaralanıb.

Məlumata görə, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.

11:09

Uzunmüddətli yağış səbəbindən Almaniyanın Adenau şəhərində 6 evin uçması nəticəsində azı 30 nəfər itkin düşmüş hesab olunur.

Report” TASS-a istinadən xəbər verir ki, daha 25 evin uçma təhlükəsi var.

Polis nümayəndəsinin məlumatına görə, itkin düşmüş şəxslərin dəqiq sayı hələ məlum deyil.

Digər xəbərlər

Vuçiç Baş nazir olmaq istəyir 11 iyun, 2026 / 00:15