Almaniya Seutada böhran səbəbindən sərhəd nəzarətinin müddətini uzadacaq

Almaniya İspaniyanın Seuta şəhərindəki miqrant böhranı səbəbindən qonşu ölkələrlə sərhəd nəzarətinin müddətini daha altı ay uzatmağı planlaşdırır.

"Report"un xəbərinə görə, bu barədə "Bild" qəzeti Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindtə istinadən məlumat yayıb.

Qeyd olunur ki, seçmə yoxlamaların əvvəlcə 15 sentyabrda başa çatması planlaşdırılırdı.

"Avropanın xarici sərhədlərindəki hadisələrin inkişafı göstərir ki, qanunsuz miqrasiyanın qarşısını almaq üçün nəzarət hələ də lazımdır", - nazir bildirib.

Xatırladaq ki, iyulun sonlarında İspaniyanın Seuta muxtar şəhərinə Mərakeşdən kütləvi qanunsuz miqrant axını baş verib. Təxminən 72 000 nəfər İspaniyaya daxil olub. Seuta hakimiyyəti 11 avqustda şəhərdə təxminən 10 000 nəfər miqrantın qaldığını bildirib. Avropa ərazisinə üzməyə cəhd edən azı 96 nəfər ölüb.

Digər xəbərlər