Almaniya Səudiyyə Ərəbistanına qarşı silah embarqosunu uzadıb

Bakı. 6 mart. REPORT.AZ/ Almaniya Səudiyyə Ərəbistanına qarşı silah embarqosunu martın sonunadək uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas məlumat verib. 

O, sözügedən qərarın səbəblərindən biri kimi Yəməndəki vəziyyəti göstərib: "Məhdudiyyət əvvəlki kimi həm yeni imzalanacaq, həm də artıq imzalanmış müqavilələrə şamil olunur".

Xatırladaq ki, Almaniya Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən sonra martın 9-dək bu ölkəyə silah ixracının dayandırılması haqqında qərar qəbul edib. 

Digər xəbərlər