Almaniya kansleri İrana başsağlığı verib

Almaniya kansleri Olaf Şolts mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

“Report” xəbər verir ki, bununla bağlı o, İranın vitse-prezidenti Məhəmməd Möhbərə məktub ünvanlayıb.

"İran hökumətinə və həlak olanların ailələrinə başsağlığı veririk", - məktubda vurğulanıb.

Digər xəbərlər