Aİ Suriyaya qarşı sanksiyaları genişləndirib

Bakı. 4 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Suriya hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirləri genişləndirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq normativ aktların dərc olunduğu Aİ-nin rəsmi jurnalında yazılıb.

Sənəddə göstərilir ki, Suriyadakı vəziyyətin ciddiliyini və son dövrlərdəki nazirlər təyinatını, həmçinin qubernator heyətindəki dəyişiklikləri nəzərə alaraq 7 nəfər sanksiya siyahısına əlavə edilib. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10