Aİ ölkələrində müdafiə xərcləri artırılacaq

Avropa İttifaqı (Aİ) ölkələrində müdafiə xərcləri 2025-ci ildə 381 milyard avroya çatacaq. Bu isə ümumi daxili məhsulun (ÜDM) 2,1 %-ni təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyinin (EDA) hesabatında deyilir.

Qeyd olunub ki, 2024-2025-ci illərdə Aİ ölkələrinin müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb və böyük ehtimalla ÜDM-in 2 %-ni keçəcək.

Hesabata görə, bu, Aİ-yə üzv dövlətlərin pisləşən strateji vəziyyətə operativ reaksiya vermək, silahlı qüvvələrinin hərbi potensialını gücləndirmək və kollektiv müdafiəyə sadiqliyini nümayiş etdirmək istəyindən xəbər verir.

Digər xəbərlər

Rusiya Zaporojyeyə hücum edib 24 dekabr, 2025 / 10:10