Afrikada COVID-19-dan ölənlərin sayı 1 000-i keçdi

Afrikada yeni növ koronavirusdan ölənlərin sayı 1 016 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Afrika Birliyi rəsmi saytında məlumat yayıb.

Hazırda Afrika ölkələrində koronavirusa yoluxanların ümumi sayı 19 895 nəfərdir, 4 622 nəfər isə sağalıb. Ümumilikdə Afrikanın 52 ölkəsində yoluxma halları qeydə alınıb.

Ən çox yoluxma Şimali Afrikada qeydə alınıb - 8 746 nəfər. “Qara qitə”nin şimalında virusdan 743 nəfər ölüb, 1 829 nəfər sağalıb. Ölkələr üzrə ən çox yoluxma halları Misirdə (2 844), Cənubi Afrika Respublikasında (2 783) və Əlcəzairdə (2 418) baş verib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09