ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisinə zərbə endirməyi düşünmədiyini bildirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tramp "Air Force One" təyyarəsində jurnalistlərlə söhbətində Venesuela ərazisinə hücum planları ilə bağlı sualı "yox", - deyə cavablandırıb.
Tramp həmçinin ABŞ-nin yeraltı nüvə sınaqlarını bərpa edib-etməyəcəyi ilə bağlı suala birbaşa cavab verməkdən imtina edib.
"Çox tezliklə bunu biləcəksiniz", - Tramp jurnalistlərə bildirib.
Xatırladaq ki, oktyabrın 30-da ABŞ Prezidenti Amerika ordusuna 33 illik fasilədən sonra dərhal nüvə silahı sınaqlarını bərpa etməyi əmr etdiyini açıqlamışdı.