ABŞ Konqresinin Senatı bazar ertəsi hökumətin maliyyələşdirilməsini bərpa etmək və altı günlük şatdaunun bitməsi üçün demokratlar tərəfindən təklif olunan qanun layihəsini qəbul edə bilməyib.
"Report"un xəbərinə görə, bunu "C-Span" telekanalının yayımladığı səsvermənin nəticələri göstərir.
Sənədi 60-dan az senator dəstəkləyib ki, bu da maneəni dəf etməyə imkan verməyib. Həmin gün senatorlar federal qurumların müvəqqəti açılmasını nəzərdə tutan respublikaçıların oxşar qanun layihəsini nəzərdən keçirəcəklər.