ABŞ Prezidenti: Sülh Şurasının tərkibinə 50-dən çox ölkə daxil olacaq

Sülh Şurasının tərkibinə 50-dən çox ölkə daxil olacaq.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda Sülh Şurasının təsis mərasimindən sonra jurnalistlərə bildirib.

"Onların sayı 50-dən çoxdur", - o deyib.

Qeyd edək ki, bu gün Davosda Trampın təşəbbüsü ilə Sülh Şurası nizamnaməsinin imzalanma mərasimi keçirilib.

Digər xəbərlər