ABŞ-nin Tokiodakı səfirliyi yaxınlığında bir şəxs silahlı hücum törədib, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən məlumat verir.
Hadisə nəticəsində xüsusi təyinatlı bölmənin əməkdaşlarından biri xəsarət alıb.
Insidentin səbəbləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanları hücumun təfərrüatlarını araşdırır.
Hadisə ABŞ Prezidenti Donald Trampın 27-29 oktyabr tarixlərində Yaponiyaya planlaşdırılan səfərindən bir neçə gün əvvəl baş verib. Səfər çərçivəsində ABŞ lideri imperator Naruhito və yeni seçilmiş Baş nazir Sanae Takaiti ilə görüşməyi planlaşdırır.