ABŞ-nin keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə "Punchbowl" portalının təsisçisi Ceyk Şerman məlumat verib.
"ABŞ-nin 46-cı vitse-prezidenti Riçard Çeyni noyabrın 3-də vəfat edib. O, 84 yaşında idi... Sabiq vitse-prezident pnevmoniya və ürək-damar xəstəliklərinin ağırlaşmasından vəfat edib", - o bildirib.