ABŞ Nigerin paytaxtındakı bazadan qoşunlarının çıxarılmasını başa çatdırıb

ABŞ Nigerin paytaxtı Niameydəki bazadan hərbi personalın çıxarılmasını başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“Amerika qüvvələrinin və texnikasının 101-ci Hərbi Hava Bazasından çıxarılması başa çatıb”, – məlumatda bildirilib.

Bundan əlavə, sentyabrın ortalarına qədər Pentaqon öz əsgərlərini Nigerin şimalındakı Aqades şəhərindən çıxarmalıdır. Qeyd olunub ki, 766 amerikalı hərbçi artıq Nigeri tərk edib.

Digər xəbərlər

ABŞ-də 70-dən çox insan ölüb 29 yanvar, 2026 / 12:20
Çində 11 nəfər edam edilib 29 yanvar, 2026 / 10:04