ABŞ-Meksika sərhədində hasarın tikintisinin maliyyələşdirilməsi apreldə başlayacaq

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ-la Meksika arasındakı sərhəddə tikiləcək hasarın maliyyələşdirilməsinə apreldə başlanılması planlaşdırılır.

“Report” CNN telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın keçid komandası Respublikaçılar Partiyasının qurultayında bildirib.

Meksika hökuməti tikintinin maliyyələşdirilməsində iştirak etməyəcək.

Bununla belə, hələlik yekun qərar qəbul edilməyib. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12