ABŞ-Meksika sərhədində divarın inşasına başlanılıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ ilə Meksika arasındakı sərhəddə qanunsuz keçidlərin qarşısını almaq və sərhədi qorumaq üçün divarın tikintisi işlərinə başlanılıb.

"Report" ABŞ-ın Gömrük-Sərhəd Xidmətinə (CBP) istinadən xəbər verir ki, 8 "prototip" San-Dieqo şəhərində (Kaliforniya ştatı) 30 gün ərzində inşa ediləcək.

Qurumun məlumatında 8 "prototip"dən dördünün betondan, dördünün isə alternativ materialdan hazırlandığı göstərilib.

Maneələrin hündürlüyü 5,5-9 metr aralığında olacaq.

Xatırladaq ki, ABŞ ilə Meksika sərhədində divar inşa edilməsi zərurətini ölkə prezidenti Donald Tramp seçki kampaniyasında bəyan edib.

Digər xəbərlər