Amerika hərbçiləri bu həftə İrana üçüncü zərbələr seriyasını tamamlayıb.
"Report"un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.
"CENTCOM bu həftə İrana üçüncü zərbələr seriyasını tamamladı", - paylaşımda deyilir.
Komandanlığın məlumatına görə, zərbələr İranın Hörmüz boğazında ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.
Ümumilikdə, ABŞ hərbçiləri bazar gününə keçən gecə İranda təxminən 140 hərbi hədəfə hücum edib.
ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr dalğasına başlayıb.
"Report"un xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat verib.
"Bu gün Şərq vaxtı ilə saat 19:15-də (Bakı vaxtı ilə saat 03:15) CENTCOM qüvvələri İrana qarşı üçüncü zərbə mərhələsinə başlayıb", - paylaşımda bildirilib.
"Axios" portalının jurnalisti Barak Ravidin məlumatına görə, zərbələr ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ittiham etdiyi Hörmüz boğazında bir gəmini atəşə tutmasına cavab olaraq həyata keçirilir.