ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin iqamətgahında aparılan axtarış başa çatıb və bir məxfi sənəd tapılıb.
“Report”un məlumatına görə, bunu Pensin rəsmi nümayəndəsi Devin Omalley bildirib.
Onun sözlərinə görə, axtarışlar 5 saat davam edib.
Federal Təhqiqatlar Bürosu (FTB) “gizli” kimi təsnif edilən bir sənəd və “gizli” kimi təsnif edilməyən, lakin əvvəllər vitse-prezidentin vəkili tərəfindən sənədlərin ilkin axtarışı zamanı tapılmayan digər altı səhifəlik sənədlər aşkar edib.
Qeyd edək ki, yanvar ayında keçmiş vitse-prezidentin vəkilləri “gizli” qeyd olunan bir neçə kağızın aşkarlandığını elan edərək, onları hakimiyyət orqanlarına təhvil veriblər.