Bakı. 9 mart. REPORT.AZ/ ABŞ-ın Florida ştatında ikimühərrikli "Piper PA-23-250" təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Palm-Biç dairəsi şerifinin ofisinə istinadən "The Miami Herald" qəzeti bildirib.
Qəzetin məlumatına görə, Tamp Beynəlxalq Hava Limanından səmaya qalxan təyyarə gölə düşüb.
ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsi və Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası qəzanın səbəbləri ilə bağlı araşdırma aparacaqlar.
Daha əvvəl Virciniya ştatının Frederiksberq şəhərində də təyyarə qəzası baş verib.