ABŞ-ın Əfqanıstandakı səfirliyi: Kabildə terror aktları planlaşdırılır

Bakı. 28 may. REPORT.AZ/ ABŞ-ın Əfqanıstandakı səfirliyi paytaxt Kabildə terror aktlarının planlaşdırılması haqda məlumat yayıb.

“Report” xəbər verir ki, paytaxtda terror aktlarının planlaşdırılması haqda məlumat səfirliyin saytında yerləşdirilib.

“ABŞ-ın Əfqanıstandakı səfirliyi silahlı qruplaşmaların ABŞ-la əlaqədə olan şəxslərə qarşı Kabildə, habelə Əfqanıstanın digər yerlərində də terror aktları planlaşdırması haqda məlumatlar əldə edib” – deyə səfirliyin saytındakı məlumatda bildirilir.

Səfirliyin məlumatında həmçinin qeyd edilir ki, dövlət orqanlarının inzibati binalarını, diplomatik nümayəndəlikləri, habelə əcnəbilərin çox olduğu yerləri, o cümlədən hava limanlarını, restoran və otelləri terror təhlükəsi gözləyir.  

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45