ABŞ-ın dövlət katibi vəzifəsinə namizədin adı gələn həftə açıqlanacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp dövlət katibi postuna namizədin adını gələn həftə açıqlayacaq.

“Report” xəbər verir ki, bunu Donald Tramp NBC telekanalına müsahibəsində bildirib.

O deyib ki, dövlət katibinin adını gələn həftə açıqlayacağam.

D.Tramp dekabrın 7-8-də Prezident Administrasiyasına yeni təyinatlar edəcəyini də söyləyib.

ABŞ-ın yeni dövlət başçısı Massaçusets ştatının qubernatoru Mitt Romninin dövlət katibi postuna namizədliyinin müzakirə olunduğunu təsdiqləyib.

Donald Tramp fəaliyyətdə olan prezident Barak Obama ilə adminstrasiyaya təyinatlar məsələsini məsləhətləşdiyini də vurğulayıb.

Digər xəbərlər