Antoni Blinken Təl-Əvivdə Benyamin Netanyahu ilə görüşüb - YENİLƏNİB

ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

“Report” xəbər verir ki, tərəflər HƏMAS-la müharibədə Vaşinqtonun İsrailə dəstəyini müzakirə ediblər.

11:19

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri başlayıb.

“Report” xəbər verir ki, o, Baş nazir Benyamin Netanyahu və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı HƏMAS-a qarşı mübarizənin və mülki əhalinin müdafiəsi istiqamətində lazım olan addımların atılması nəzərdə tutulur.

Bu, oktyabrın 7-də Yaxın Şərqdə müharibə başlayandan bəri Antoni Blinkenin İsrailə növbəti səfəridir. O, daha əvvəl oktyabrın 11-də İsraildə olub.

Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10