ABŞ-də vitse-prezidentin mühafizəsinin avtomobilləri üzərində mərmi partlayıb

ABŞ Dəniz Piyadalarının 250 illik yubileyi zamanı Kaliforniyadakı Kemp-Pendlton bazasında 155 millimetrlik mərmi patrul xidmətinin keçdiyi yolun üzərində partlayıb.

"Report" xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Bildrilib ki, bir qədər əvvəl onlar ABŞ-nin vitse-prezidenti Cey Di Vensi müşayiət ediblər.

Mərminin hissələri patrul avtomobilinə və motosikletə dəyib.

Heç kim xəsarət almayıb, avtomobil yüngülcə zədələnib. Yol yoxlanıldıqdan sonra yenidən avtomobillərin hərəkəti üçün açılıb.

Digər xəbərlər