ABŞ-nin Nyu-Meksiko ştatındakı Holloman Hərbi Hava Qüvvələrinə məxsus bazada baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla təxminən saat 17:30-da qeydə alınıb.
Qeyd olunub ki, yaralı şəxs lazımi tibbi yardım göstərilir, hazırda hərbi obyekt daxilində heç bir təhlükə yoxdur.
Atışmada iştirak edənlərin şəxsiyyəti, eləcə də hadisənin səbəbləri barədə hələlik məlumat açıqlanmayıb.