ABŞ-nin Şimali Karolina ştatının Steytsvill regional hava limanında eniş etməyə cəhd göstərən "Cessna C550" tipli biznes təyyarəsinin qəzaya uğraması nəticəsində keçmiş NASCAR (avtomobil yarışı) pilotu Qreq Biff ölüb.
"Report" xəbər verir ki, bu barədə ABC News-a dairə şerifi Darren Kempbell bildirib.
Hadisə nəticəsində yeddi nəfər həyatını itirib.
Ölənlərin Biffl, həyat yoldaşı Kristina, oğlu Rayder və qızı Emma olduğu təsdiqlənib.
ABŞ-nin Şimali Karolina ştatının Steytsvill regional hava limanında eniş etməyə cəhd göstərən "Cessna C550" tipli biznes təyyarəsi qəzaya uğrayıb.
"Report" bu barədə "ABC News" telekanalına istinadən məlumat yayıb.
ABŞ Federal Mülki Aviasiya İdarəsi xəbəri təsdiqləyib, lakin əlavə məlumat verməyib.
Təyyarə yerə çırpıldıqdan sonra partlayıb, hazırda hadisə yerində yanğınsöndürənlər də daxil olmaqla təcili yardım xidməti əməkdaşları çalışırlar.
Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.