ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ-ın Cənubi Karolina ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən "Associated Press" məlumat yayıb.

Hadisə iyulun 7-də günorta saatlarında baş verib.

Təyyarədə 2 nəfər olub, onlar zədə alıb, lakin həyatları üçün heç bir təhlükə yoxdur.

Qəza yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12