​ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb, 3 nəfər ölüb

Bakı. 29 İyun. REPORT.AZ/ Amerikanın Pleynvill şəhərində yüngül motorlu kiçik təyyarə yaşayış evinin üzərinə düşüb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuatın məlumatında bildirilir.

"The Boston Globe" nəşri yazır ki, insident zamanı 3 nəfər ölüb. Onların hamısı təyyarənin göyərtəsində olublar. Ev sakinlərindən zərərçəkən olmayıb.

Məlumata görə, qəza nəticəsində binada yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09