ABŞ-da təyyarə yaşayış evinə düşüb, ölən var - VİDEO

ABŞ-da təyyarə qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Nyu-Cersi ştatında baş verib. İki mühərrikli "Cessna 414" təyyarəsi Koloniya şəhərində yaşayış evinə düşüb. Nəticədə təyyarənin pilotu həlak olub. Hadisə zamanı 2 ev yanıb.

Qeyd edilir ki, təyyarə Virciniya ştatının hava limanından səmaya qalxıb. Vudbric şəhərinin meri bildirib ki, hadisə zamanı evlərin sakinləri arasında xəsarət alan olmayıb. 

Digər xəbərlər

İsrail ordusu Qəzzada qalacaq 18 avqust, 2026 / 01:15