Bakı. 6 may. REPORT.AZ/ ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Nyu-York ştatının cənub hissəsində, Midltaun şəhərində baş verib. Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Təyyarənin qəzaya uğramasının səbəbləri hələ ki, dəqiqləşdirilməyib.