ABŞ-da təyyarə qəzaya uğrayıb: ölənlər var

Bakı. 28 may. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "KTVA" telekanalı xəbər yayıb.

Xəbərdə bildirilir ki, hadisə Alyaskada qeydə alınıb. Belə ki, ikimühərrikli təyarə səmaya qalxdıqdan az sonra yerə düşüb. 

Hadisə nəticəsində 2 nəfər həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır. Faktla bağlı təhqiqat aparılır.

Digər xəbərlər

ABŞ Kanadanı şantaj edir 26 yanvar, 2026 / 22:23
AŞPA-nın yeni prezidenti seçilib 26 yanvar, 2026 / 16:54