ABŞ-da paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb

Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ-ın Corciya ştatının şərqində təyyarə qəzası zamanı Belarusdan olan Amerika hərbçisi də daxil olmaqla 4 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, kiçik təyyarə şənbə günü Svaynsboro şəhəri yaxınlığındakı aerodromun yay sahəsinə düşüb. Onun göyərtəsində pilotla yanaşı 5 nəfər olub. Qəza zamanı 4 nəfər ölüb, 1-i xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında ABŞ ordusunun (quru qoşunları) "Golden Knights" paraşüt dəstəsinin serjanı Aleksandr Baxrittseviç də olub.

Qəzanın səbəbləri hələ ki, müəyyən edilməyib.

Digər xəbərlər

Kir Starmer Qətərdədir 10 aprel, 2026 / 16:46