ABŞ-da meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın Tenessi ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ştatın Fövqəladə Hallar Agentliyinin nümayəndəsi Din Flener məlumat verib.

Bazar ertəsi güclü külək yanğınların yayılmasını sürətləndirib və nəticədə 14 mindən çox yerli sakin və turist Qatlinberq şəhərini tərk etmək məcburiyyətində qalıb. 

Yanğınların törədilməsində şübhəli bilinən şəxs saxlanılıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12