ABŞ-ın Yuta ştatında baş vermiş böyük meşə yanğınının söndürülməsində iştirak edən Sikorsky S-64 helikopteri qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə Fox 13 telekanalı məlumat yayıb.
Göyərtəsində iki nəfər olan helikopter yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 20:00-da) Riçfild şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hazırda meşə yanğınının əhatə etdiyi ərazi 106 450 akr, yəni təxminən 43 min hektara çatıb. Yanğının 19 faizi lokallaşdırılıb.