ABŞ-da koronavirusdan daha 400 nəfər ölüb

ABŞ-da son 24 saat ərzində COVID-19 virusuna daha 58 114 nəfər yoluxub və 400 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, epidemiya başlayandan etibarən ölkədə 3 364 547 nəfər yoluxub, bunlardan 135 mindən çoxu vəfat edib, bir milyondan artığı isə sağalıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10