ABŞ-da helikopter qəzasında dörd nəfər ölüb

ABŞ-ın Vircin adaları yaxınlığında helikopter qəzası baş verib.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Hadisə Sent-tomas adasının qərb ucunda qeydə alınıb.

Xilasedicilər hadisə yerində dörd cəsəd aşkar ediblər. Ölənlərin şəxsiyyəti, helikopterin kimə məxsus olması və qəzanın mümkün səbəbi barədə məlumat hələ verilməyib.

Digər xəbərlər