ABŞ-da atışma olub, ölən və yaralananlar var

Amerikanın Sakramento şəhərində (Kaliforniya) atışma olub.

"Report" "TASS"a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı iki nəfər ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, hadisə cümə günü yerli vaxtla saat 23:45 radələrində baş verib.

Silahlı insidentdə dörd nəfər yaralanıb.

Polis hadisə yerində bir neçə odlu silah tapıb.

Digər xəbərlər

Moldova MDB-dən çıxır 19 yanvar, 2026 / 22:20