ABŞ-da ata azyaşlı oğlan və qız övladlarını güllələyib

Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ-ın Oreqon ştatının Biverton şəhərində iki uşaq ataları tərəfindən güllələnərək qətlə yetirilib.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı NBC telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, kişi yaşadıqları mənzildə əvvəlcə 6 yaşlı oğlunu və 8 yaşlı qızını güllələyib, ardınca özünü öldürüb. Onları geri qayıdan zaman evin xanımı aşkar edib.

Polis faktla bağlı araşdırma aparır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12