Bakı. 5 may. REPORT.AZ/ ABŞ 48 hərbi avtomobil və 250 hərbçidən ibarət karvanı “PYD”-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu – “Report”) nəzarəti altında olan Suriyanın Malikiyə bölgəsinə göndərib.
“Report” Haber7-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl, Türkiyə terrorçu PKK qruplaşmasının Suriyanın Karaçok bölgəsindəki düşəgrəsini bombalayandan sonra ABŞ “PYD”-yə 22 TIR-la silah-sursat və avtomobil yardım edib.
Qeyd edək ki, rəsmi Ankara PYD-ni terrorçu qruplaşmanın tərkibi sayaraq, ABŞ-dan onlara silah-sursat yardımı etməməyə çağırır. ABŞ isə bu qüvvələrdən terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə istifadə etdiyini bildirir.