650-dən çox qanunsuz miqrant İspaniya sahillərinə çıxıb

Bazar günü dörd kanoenin göyərtəsində olan 650-dən çox qanunsuz miqrant El-Yerro (İspaniya) adasında quruya çıxıb.

"Report" xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Əvvəlcə göyərtəsində 10 qadın və 4 yetkinlik yaşına çatmayan şəxs daxil olmaqla 215 miqrantın olduğu qayıq aşkarlanıb. Daha sonra sahil mühafizəsi La Restinqadan təxminən iki kilometr aralıda göyərtəsində 80 nəfərin olduğu qayıq görüb.

Daha sonra "Salvamar Acrux" gəmisi daha bir batan qayıqdan daha 106 nəfəri, o cümlədən iki qadın və dörd yetkinlik yaşına çatmayan şəxsi xilas edib.

Valverdedəki La Estaka limanında sonuncu dəfə 258 nəfər sahilə çıxıb, onlardan biri xəstəxanaya yerləşdirilib.

Ümumilikdə iki gün ərzində Kanar adalarına 1 300-dən çox miqrant gəlib.

Digər xəbərlər