Bakı. 3 noyabr. REPORT.AZ/ Norveç Krallığının paytaxtı Oslo şəhərində dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan “Oslo Dünya Musiqi Festivalı” keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox musiqiçinin iştirakı ilə altı gün davam edən festivalda Azərbaycan musiqisi də təmsil olunub.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib. Azərbaycan musiqiçiləri bu il ilk dəfə “Oslo Dünya Musiqi Festivalı”na dəvət alıb. Festival çərçivəsində UNESKO tərəfindən dünyanın qeyri-maddi irsi sayılan muğamın ən yaxşı ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib.
Konsert Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində baş tutub. Konsertin təşkili Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi və “Oslo Dünya Musiqi Festivalı” təşkilat komitəsinin yaxından əməkdaşlığı sayəsində baş tutub.
Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyevin verdiyi məlumata görə, anşlaqla keçən konsertdə Norveç Krallığının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Baard Ivar Svendsen, yerli musiqiçilər, incəsənət və mədəniyyət xadimləri, Oslodakı Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
R.Əliyev Azərbaycanın gələcəkdə də “Oslo Dünya Musiqi Festivalı”nda iştirakını təmin etmək, Azərbaycan musiqisinin beynəlxalq festivallarda təqdim etmək üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.
Alim Qasımov Norveçdə konsert verib
Digər xəbərlər
Sevinc Hacıyeva: İtkin düşənlərin ailələri hələ də öz yaxınlarını gözləyirlər
21 oktyabr, 2026 / 19:08
Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb
21 oktyabr, 2026 / 18:33
Brüsseldə aksiya: Biz itkin düşmüş azərbaycanlıların taleyi barədə həqiqəti bilmək istəyirik
21 oktyabr, 2026 / 18:11
I Qarabağ müharibəsində itkin düşənlərin ailələri Avropa Parlamenti qarşısında aksiya keçiriblər
20 oktyabr, 2026 / 17:51
Salonikidəki Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub
19 oktyabr, 2026 / 17:37
Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib
17 oktyabr, 2026 / 12:54
Ədirnədə Zəfərə doğru uzanan yol adlı konfransı keçirilib
27 sentyabr, 2026 / 16:57
Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
15 sentyabr, 2026 / 12:57
Sədr: Diaspor Komitəsi TDT ölkələrinin hamısı ilə ikitərəfli sazişlər imzalayıb
08 sentyabr, 2026 / 21:35
Fuad Muradov: Türkiyədə yaşayan 10 mindən çox azərbaycanlı qanuni sənədlə təmin edilib
08 sentyabr, 2026 / 20:46
Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib
08 sentyabr, 2026 / 18:52
Fuad Muradov Türkiyə diaspor qurumunun azərbaycanlı gənclərə dəstəyini yüksək qiymətləndirib
08 sentyabr, 2026 / 15:24
Azərbaycan və Türkiyə arasında diaspor siyasəti ilə bağlı Anlaşma Memorandumu imzalanıb
08 sentyabr, 2026 / 14:01
Fuad Muradov: Azərbaycan diaspor komitələrinin əlaqələrinin gücləndirilməsinə xüsusi əhəmiyyət verir
08 sentyabr, 2026 / 12:57
Gündüz İsmayılov: Qarabağ zəfəri xaricdəki soydaşlarımızla dini-mənəvi bağlılığımızı gücləndirəcək
07 sentyabr, 2026 / 17:24
Azərbaycanın Tbilisidəki səfirliyində Sənət Birləşdirir sərgisinin iştirakçıları ilə görüş olub
21 avqust, 2026 / 19:09
Vaşinqtonda beynəlxalq akademik əməkdaşlığa həsr olunan konfrans keçirilib
21 avqust, 2026 / 17:22
Elvin Aslanov: Xaricdə yaşayarkən Azərbaycanı müdafiə etmək heç də asan deyil
02 avqust, 2026 / 12:42